10 Oktyabr 2015 08:15
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla vilayətində azyaşlı qızı hamilə qoyan qonşu həbs edilib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 19-da qarnında ağrılar hiss edən 14 yaşlı N.E.-ni valideynləri xəstəxanaya aparıb. Qızın müayinə edən həkimlər onun 9 həftəlik hamilə olduğu müəyyən ediblər. Daha sonra hadisə ilə bağlı polisə məlumat verilib. Qızın 29 yaşlı qonşusu Y.Y. tərəfindən hamilə qaldığı məlum olub.

Hadisədən xəbər tutan Y.Y. qaçmağa çalışsa da, jandarma tərəfindən həbs edilib.

Hadisə ilə bağlı məhkəmə davam edir.

Qeyd edək ki, saxlanılan 29 yaşlı Y.Y-nin iki uşağı var.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər