Rusiya polisi iki azyaşlı qızın iştirak etdiyi bıçaqlanma hadisəsini araşdırır.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı qızlardan biri digərinə bıçaqla xəsarət yetirib. Bıçaqlanmaya oğlan üstündə mübahisə səbəb olub.
Hadisə oktyabrın 16-da baş verib. 15 və 17 yaşlı qızlar əvvəlcə mesaj vasitəsi ilə məsələyə aydınlıq gətirməyə çalışıblar. Daha sonar, onlar görüşməyə qərar veriblər. Görüşə hər iki tərəfin tanışları da gəlib. Onlar arasında qızların simpatiya bəslədikləri oğlan da olub.
Bir qədər mübahisə etdikdən sonra yaşca böyük olan qız cibində gətirdiyi bıçağa əl atıb. O, rəqibini çiyinindən bıçaqlayıb. Yoldan keçənlər təcili yardıma zəng edərək kömək çağırıblar.
Xəsarət alan qızın rəfiqələri isə polisə 17 yaşlı qızın mindiyi taksinin nömrəsini bildiriblər. Əməliyyat nəticəsində 17 yaşlı qız saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm