ABŞ-ın Kaliforniya ştatında Sakramento şəhərində bəy Landon Borup nişanlısı Quin Duane ilə evlənməkdən son adna imtina etdi.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bəyin toya bir gün qalmış fikirini dəyişdirməsindən sonra gəlinin anası gözlənilməz addım atıb. Kuri Duane "Citizen" otelində 120 nəfərlik elit qonaqlar üçün yeməklər sifariş veribmiş. Toy ləğv edildikdən sonra qadın otelə 150 nəfərə yaxın kimsəsiz və evsiz insanı dəvət edib. Toy üçün hazırlanmış yeməkləri yeyən qonaqlar Kuriyə bu hərəkətinə görə təşəkkür ediblər.
Qeyd edək ki, toy üçün sifariş verilən menyunun dəyəri 35 min dollar olub.
Rüstəm