22 Oktyabr 2015 12:37
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyatınızın son günü olsaydı, nə edərdiniz?”

"Apple" şirkəti yarandığı vaxtdan Stiv Cobs demək olar ki, bütün vaxtını sevimli işinə həsr edirdi.

Teleqraf.com xəbər verir ki, dəqiqliyi sevən Stiv bütün müşavirələrdə iştirak edib. Və həyatında yalnız bir dəfə vacib işgüzar görüşü buraxıb.

Necə ola bilər ki, bu qədər məsuliyyətli biri vacib görüşü nəyəsə dəyişsin. Düşünürsünüz ki, bunun üçün yəqin ki, sanballı səbəbi olub.

Hər şey çox sadədir: Cobs iş görüşməsini gələcək həyat yoldaşı ilə ilk görüş naminə buraxıb.

Onların ilk tanışlığı Stivin universitetdə məruzə ilə çıxış etməsindən sonra olub. Bu zaman gələcək həyat yoldaşı Louren Pauell həmin auditoriyada olub. Qız Stivin xoşuna gəlib. Onlar bir-birlərinə əlaqə nömrələrini veriblər.

Çox gözləmək istəməyən Stiv qərara gəlir ki, həmin gün Lourenə birlikdə nahar etməyi təklif etsin. Lakin artıq onun həmin vaxta planlanmış işgüzar görüşü olub.

Maşına oturan Stiv özünə çox mühüm sual verib:

"Əgər bu gün həyatımın son günü olsa, nə edərdim? ". Bir qədər düşündükdən sonra o, universitetə qayıdır. Lourenlə görüşərək birlikdə nahar edirlər.

Heç nəyin əbədi olmadığını anlamaq – bu, müdriklikdir. Əgər insan bunu başa düşürsə, onun qəlbində bir ehtiras yaranır və özündə risk etmək üçün cəsarət tapır.

Tez-tez özünüzə bu sualı verin. O sizə ən mühüm və vacib olana köklənməyə kömək edəcək. Elə indi bunu edin, hələ ki gec deyil!

Əgər həyatınızın son günü olsaydı, nə edərdiniz?

Ramal


Müəllif:

Oxşar xəbərlər