Çelsi adlı qadının ərinə "Snapchat"la göndərdiyi fotolar sosial mediada gündəmə düşüb.
İlk olaraq həyat yoldaşına yarıçılpaq fotolarını göndərən qadın gözlənilməz reaksiya ilə üzləşib.
"- Oteldə səninlə bir yerdə kim var?
- Nədən danışırsan? Kameranı avtomatik qoymuşam, çəkir.
- Yalan demə, Çelsi, oteldə tək olmadığını bilirəm.
- Əlbəttə, təkəm, and içirəm, sevgilim. Səni heç vaxt aldatmaram.
- Bəs onda otağındakı ikinci fotoda niyə kişi çəkmələri var?"
Bunun ardından əri vəkillə görüşəcəyini deyib. Hadisənin zarafat ya həqiqi olduğu tam bəlli olmasa da, bu fotolar internetdə ən çox paylaşılanlar siyahısına girib.
Axsam.az