ABŞ-ın Oklahoma ştatında qadın sükan arxasında içkili vəziyyətdə özündən getdikdən sonra onun üç yaşlı oğlu maşını təhlükəsiz yerə sürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə gələn polis 33 yaşlı Taloa Fosteri həbs edib. Buna səbəb onun azyaşlı oğlunun həyatını təhlükəyə atması göstərilib.
Şahidlərin sözlərinə görə, hadisə zamanı oğlanın əkiz qardaşı da maşında olub.
Samir