23 Oktyabr 2015 22:52
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində 16 yaşlı qızı zorlayadıqdan sonra bıçaqlayan kişi həbs edilib.

Teleqraf.com xəbər verir ki, H.R. adlı iraqlı kişi həmyerlisi 16 yaşlı qıza təcavüz edib. Bundan xəbər tutan anası qızını götürərək kişinin yanına gedib. H.R. isə ana və qızının etirazına bıçaqla cavab verib.

43 yaşlı H.R. alt mərtəbədə qalan qonşusu 48 yaşlı E.Z-nin evinə icazəsiz girərək 16 yaşlı N.K-ya təcavüz edib. N.K anasına zəng edərək başına gələnləri danışıb. Ana qızınıda götürüb qonşusu H.R.-nin yanına gedib. H.R. haqq hesaba gələn qonşusunu və qızını bıçaqlayıb. Yüngül xəsarət alan ana və qızı xəstəxanaya yerləşdirilib.

Polislər şübhəli H.R.-ni həbs edib. Hadisə ilə bağlı istintaq işi açılıb.

Ramal


Müəllif: