23 Oktyabr 2015 20:16
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə marketdə alış-veriş edən 11 yaşlı qızı qucaqlayıb öpən 76 yaşlı S.A. cinsi istismarda ittiham olunaraq həbs edilib.



Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 10-da Ərzincanda baş verib. Marketdə alış-veriş edən S.A.-nın hərəkətlərindən şübhələnən market nümayəndələri polisə müraciət ediblər. Marketə gələn 11 yaşlı Y.D. adlı qıza biskvit və şirniyyat alan, sonra onu qucaqlayaraq öpən S.A.-nın hərəkətləri kamera ilə çəkilib.

Polis S.A.-nı həbs edib.

Ramal


Müəllif: