Türkiyədə Zonquldağ vilayəti səhəri ailə faciəsi ilə açıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ər həyat yoldaşını 2 yaşlı oğlunun gözləri qarşısında 33 bıçaq zərbəsi öldürüb.
Polisin məlumatına görə, cütlük 8 il əvvəl ailə qurub. İki övladları olan Selma ilə Özden İnam arasındakl mübahisə cütlüyü boşanma həddinə çatdırıb. Ailələrinin müdaxiləsindən sonra onlar fikirlərindən daşınıblar.
Ötən gün yenidən əri ilə mübahisə edən Selma İnam xeyli həb içərək intihara cəhd edib. Xəstəxanaya yerləşdirilən Selma İnam ilkin müayinədən sonra atası evinə gedib.
Həyat yoldaşı qayınatasının evinə gedərək Selmadan evinə qayıtmasını istəyib. Selma təklifi qəbul etməyincə əri avtomobildən 2 yaşlı oğullarının əşyalarını göstürməsini tələb edib. Özden əşyaları götürmək üçün çölə çıxan xanımına belindən çıxardığı çörək bıçağı ilə 33 zərbə vurub. Hadisə 2 yaşlı oğlu, baldızı və baldızının qucağındakı 10 aylıq qızının gözləri qarşısında baş verib.
33 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib. Təslim olan Özden İnam isə həbs olunub.
Selma İnamın atası Sadullah Aytəkin "Kürəkənim psixoloji müalicə alırdı. Dərman istifadə etmədiyi zaman dəli olurdu" deyib.
Bacısının həyat yoldaşı isə açıqlamasında bunları deyib:
"Daha əvvəl də bənzər şiddət tətbiq edirdi. Bir neçə gün əvvəl "Mən öldürməyim, özün öl" deyə dərman içirdib. Həyat yoldaşım şokdadır. Baldızımın son sözləri "Bacı, qurtar məni" olub. Həyat yoldaşıma də hücum edib. O, isə "10 aylıq körpəm var, ona toxunma, məni vur" deyə yalvarıb. Sonra isə hadisə yerindən uzaqlaşıb".
Hadisə ilə bağlı cinayət işi açılıb.
Rüstəm