27 Oktyabr 2015 18:51
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqinin insana terapiya təsiri göstərdiyi elmi araşdırmalarda dəfələrlə təsdiq olunub. Mütəxəssislərin proqnozlarına görə, yaxın illərdə həkimlərin yazdığı reseptlərə musiqi siyahısı da əlavə etməsi gözlənilən haldır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Memorial Sloan-Kettering Xərçəng Mərkəzində canlı musiqi ilə müalicə üsulları tətbiq olunub. Nəticədə, canlı musiqinin xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdə stress və gərginliyi azaltdığı məlum olub.

Xəstələr musiqinin təsiri ilə bədənlərini ritmə uyğun hərəkət etdirərək beyinə daha çox siqnal göndərirlər. Bu zaman müvəqqəti də olsa, gündəlik stressdən uzaqlaşır və ancaq musiqinin ahənginə qapılırlar.

Başqa araşdırmanın nəticələrinə görə, musiqi parkinson xəstəliyindən əziyyət çəkən insanlara son dərəcə yaxşı təsir edir.

Gələcəkdə alimlər hansı xəstəliyə hansı növ musiqinin yaxşı təsir etdiyini araşdıracaqlar.


Müəllif:

Oxşar xəbərlər