Türkiyədə xanımını xəyanətdə günahlandırıb öldürən kişinin məhkəməsi yekunlaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı Halil Kara 2 uşağının anası Huriye Karanı ad günündə onun iş yerində öldürüb.
Ömürlük həbs cəzası verilən Halil Kara məhkəmədə peşman olduğunu etiraf edib:
"Mən bir cinayət törətdim. Bunu qəbul edirəm. Mən ora xanımımı öldürmək üçün getmədim. Məqsədim mübasibatçı Mehmeti vurmaq idi. Xanımımı bilərəkdən vurmadım, mübahisə edən zaman güllə açıldı. Ona qarşı etdiym hər şeyə görə peşmanam. Özümdən utanıram. Mən bunu edəcək insan deyiləm. Mehmeti axtararkən xanımımı vurdum. Peşmanam".
Halil K.-nin polisə verdiyi ifadə günlərlə mətbuatın gündəmində olmuşdu:
"4 ay əvvəl həyat yoldaşımın bədənində diş və barmaq izləri gördüm. Telefonuna daim zənglər gəlirdi. Həyat yoldaşımdan soruşdum, yalandan ora-bura dəydiyini bildirdi. Mənə xəyanət etdiyindən şübhələnirdim. Hadisədən 10-15 gün əvvəl F.K. ilə həyat yoldaşımı evimdə yatağımda tapdım. Özümü toplaya bilmirdim. Çünki həyat yoldaşım mənə dərman vermişdi. Hadisə günü həyat yoldaşım yenə səhər işə getdi. Tüfəngi götürdüm. Onu təqib etdim. Həyat yoldaşım çalışdığı biznes mərkəzində soyunub-geyinmə otağına girdi. Tüfəngin lüləsiylə otağının qapısını döydüm. Mən qapını döyərkən o, tüfəngin lüləsini tutdu. Silahı özümə tərəf çəkərkən güllə açıldı. Qorxub silahı atdım, hadisə yerindən uzaqlaşdım, polisə gedib təslim oldum".
Məhkəmə heyəti Halil K-yə xanımı Huriye K.-ni öldürdüyü üçün ömürlük həbs cəzası verib.
Ramal