1 Noyabr 2015 15:23
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kraliça II Yelizavetanın 90 illiyinin şərəfinə keçiriləcək mərasimə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bayram tədbirləri çərçivəsində gələn kraliçanın geyimlərinin sərgisi keçiriləcək.

Sərgidə II Yelizavetanın rəsmi qəbullar və görüşlərdə göründüyü geyimlər və ziyafət libasları da daxil olmaqla, 150-dən çox geyim təqdim olunacaq. Geyimlərdən əlavə sərginin ziyarətçilərinə çantalar, aksessualar və zinət əşyaları nümayiş olunacaq. Ekspozisiya kraliçanın ad günündə - aprelin 21-də Şotlandiyada Holirud sarayında açılacaq, daha sonra isə Bukinqem sarayı və Vindzor qəsrinə köçəcək.

Qeyd edək ki, 2-ci Yelizaveta 25 yaşında atası kral 6-cı Georqun 1952-ci ildə vəfatından sonra taxta çıxıb. O, öz nənəsi Viktoriyanın rekordunu keçərək, bütün Britaniya tarixində ən uzun müddət taxtda olan kraliça olub və artıq 63 ildən çoxdur ki, taxtdadır. 2012-ci ildə onun taxtda olmasının 60 illiyi münasibətilə Bukinqem sarayında Britaniya tacının zinət əşyalarının sərgisi keçirilmişdi. Kolleksiya özünə 10 min brilyantı daxil edirdi.

Rüstəm


Müəllif: