3 Noyabr 2015 20:37
2 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kişi əşyalarını götürmək üçün evə gələn boşandığı xanımını tüfənglə vurub. Hadisəyə müdaxilə etmək istəyən iki polisi isə yaralayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kütahyada baş verib. Bir müddət əvvəl yola gedə bilməyən cütlük boşanmaq qərarına gəlib. Anasının evində qalan 30 yaşlı Nil T. məhkəməyə müraciət edərək, tərk etdiyi evindən əşyalarını götürmək istədiyini, ancaq ərindən qorxduğunu bildirib. Məhkəmə qadına iki polis ayırıb. Nil polislərlə qeyd olunan ünvana gedib. Polislər binanın qarşısında gözləyib. Əşyaları götürmək üçün evə gedən Nili keçmiş həyat yoldaşı E.T. ov tüfəngilə vuraraq öldürüb.

E.T. səsə gələn polisləri də vuraraq yaralayıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qatil E.T isə həbs edilib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Ramal


Müəllif: