4 Noyabr 2015 00:21
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkədə polis və afroamerikalı yeniyetmə qızın rəqs etdiyi videoçarx izlənmə rekordu qırır.

Teleqraf.com anspress-ə istinadən məlumatına görə, qanun keşikçiləri Vaşinqton ştatında məktəbdə qruplar arasında baş verən davanı sakitləşdirmək üçün hadisə yerinə gedib.

Dələduzları qovduqdan sonra, qadın-polis davanı kənardan izləmiş bütün yeniyetmələrdən küçəni tərk edərək evlərinə getməyi tələb edib. Bu zaman 17 yaşlı Aliyə Teylor polis zabitinə rəqs battlesində döyüşməyi təklif edib. Qız həmçinin polislə mərc bağlayır: əgər o udsa onun dostları qalır, uduzsa isə zabit dediyi kimi hamı evinə gedir.

Afroamerikalı qız polis əməkdaşından daha çox oynamağı bacarıb və qalib gəlib. Ancaq çoxları bu rəqs yarışının qaydalarını ədalətsiz olduğunu hesab ediblər. Bəzi məktəblilər zabitin formada olduğunu onun silah sursatla bu musiqi altında daha çox ağır hərəkət etmək məcburiyətində olduğunu qeyd edib.

Buna görə, qızın battledə qələbəsinə baxmayaraq bir neçə yeniyetmə evlərinə getməyi qərar verib.


Müəllif: