5 Noyabr 2015 12:27
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tələbə qızı çılpaq fotosu ilə şantaj edən oğlan axtarışa verilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdinədə universitetdə oxuyan Ö.D. adlı qız sosial şəbəkədə 8 ay əvvəl oğlanla tanış olub. Ad günündə tanış olduğu oğlanla görüşən qız gecəni onunla birlikdə keçirib. Daha sonar isə qız saxta addan istifadə edən oğlanın onu çılpaq şəkilləri ilə şantaj etdiyi üçün polisə verib.

Ö.D. polisə ifadəsində bunları deyib:

"Facebook-da tanış olduq. 7-8 ay yazışdıq. Daha sonra ad günümdə görüşdük. Gecəni birlikdə keçirdik. Sonra mənim çılpaq şəkillərimi göstərib pul qarşılığında başqası ilə olmağımı istədi. Məni şantaj etdi. Şikayətçiyəm".

Hadisə ilə bağlı istintaq davam edir.

Ramal


Müəllif: