6 Noyabr 2015 21:33
1 169

Beyaz Tv-də teleaparıcı Nur Viralın aparıcılığı ilə yayımlanan "Həyatda hər şey var” verlişində maraqlı hadisə baş verib.

BAKU.WS məlumat verir ki, bir qadın canlı yayıma zəng edərək ərinin Nur Viral ilə ona xəyanət etdiyini deyib. Aparıcı eşitdiklərindən şoka düşüb. Qadının dediklərinə aydınlıq gətirməsini istəyib. Lakin telefon zəngi yarımçıq kəsilib. Sonradan bütün olanların zarafat olduğu məlum olub.


Müəllif: