7 Noyabr 2015 11:40
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanları təəccübləndirən ruh görüntülərinə daha biri əlavə olunub. Bu dəfə Britaniyanın Hempşir şəhərində köhnə barın müşahidə kamerasından lentə alınan kadrlar insanları məəttəl qoyub.

Görüntüdə pəncərinin qarşısında ağ rəngli insan təsvirinin formalaşdığı öz əksini tapır. Bunun süni effektlə yaradılmış kölgə olmadığı məlumdur. Bir neçə saniyə ərzində gözdən itən obyektin ruh olduğuna inanlar əksəriyyət təşkil edir.

Ruhların ən çox müşahidə olunduğu ölkə kimi tanınan Britaniyada bu kadrların lentə alındığı barlar da bağlı çoxlu söz-söhbət mövcuddur. Sakinlər tez-tez həmin məkanda paranormal hadisələrə şahid olduqlarını, ancaq olayın ilk dəfə kamera ilə lentə alındığını deyirlər.

Barın işçiləri deyir ki, bu naməlum məxluq otelin siqnalizasiya sistemini də işə salıb.


Müəllif: