7 Noyabr 2015 15:12
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da bir uşaq öz fitri-istedadı ilə alimləri şoka salıb. Danışmağı doğru-düzgün bacarmasa da, Los Ancelesdə yaşayan Ramzes qarşısındakının ürəyindən keçəni dərhal başa düşür. İnsanların fikrini oxumağı bacaran uşaqdakı telepatiya elm xadimlərini də məəttəl qoyub.

5 yaşlı Ramzesin beyni o qədər inkişaf edib ki, o artıq 7 dildə danışmağa başlayıb. Ən çətin riyaziyyat məsələlərini belə həll etməyi bacarır. Söhbət heç də bir uşağın intellektual səviyyəsindən getmir. Telepatiya bacarığı olan Ramzesin dünyada 5 nadir insandan biri olduğu güman edilir.

Vəziyyət o həddə çatıb ki, ABŞ-ın nüfuzlu neyro-cərrahları azyşalı uşağın beynini tədqiq etməyə başlayıb. Alimlər onun beyninin digər insanların beynindən nə üçün bu qədər ciddi fərqləndiyini anlamağa çalışır. Tanımadığı, heç vaxt ünsiyyətdə olmadığı insanların düşüncələrini oxuya bilən uşağın gələcəkdə bəşəriyyətə nə kimi fayda verəcəyi maraq obyektidir.

Amma Ramzesin bu qədər az yaşda telepatiya qabiliyyətinə malik olması ailədə problemlər yaradıb. Onun anası övladı ilə ünsiyyət qura, onun problemləri ilə yaxında maraqlana bilmir. Çünki o ağzını açmadan, uşaq anasının nə istədiyəcəyinə cavab verir.

Ümumiyyətlə telepatiyanın mövcud olub-olmadığı hələ də elmdə qızğın mübarizə obyekti olaraq qalır. Alimlərin böyük əksəriyyəti insanların ünsiyyət vasitələrindən istifadə etmədən bir-birlərini anladığına inanmır. Ramzesə gəlincə, bu uşaq hələ 18 aylıq olanda həm ingilis, həm də ispan dilində toplama-vurma cədvəlini öyrənib.

Misir Fironu Ramzes kimi bütün dünyaya səs salan 5 yaşlı amerikalının telepatiya qabiliyyətinin nədən qaynaqlandığı isə hələ də aydınlaşdırılmayıb./ATV


Müəllif: