7 Noyabr 2015 12:39
1 805

ABŞ-ın Boston şəhərində qəribə hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, kəskin qarın ağrısı ilə xəstəxanaya gətirilən 47 yaşlı qadın hamilə olduğunu öyrənib və hadisədən bir saat sonra uşaq dünyaya gətirib.

Cudi Brovn adlı xanımın dünyaya gətirdiyi körpə 3,7 kiloqram ağırlığında olub. Brovnun sözlərinə görə, həyat yoldaşı ilə evli olduğu 22 ildə uşaqları olmayıb. O, xəstəxanaya da qarın ağrılarından narahat olub gəldiyini bildirib.

Cudinin həyat yoldaşı Jason isə bunları deyib: "Arvadımın kökəldiyini fikirləşirdim. Ancaq bir neçə gün əvvəl onun qarnında kəskin ağrılar başladı. Ciddi xəstəliyin olduğunu fikirləşdim".

Samir


Müəllif: