9 Noyabr 2015 15:56
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oyun üçün İtaliyaya gedən "Bazel" azarkeşi 11 ildən sonra geri qayıdıb.

2004-cü ildə "İnter" - "Bazel" matçı üçün Milana üz tutan isveçrəli fanat itkin düşmüşdü.

Belə ki, oyunun fasiləsi zamanı tualetə gedən Rolf Bantle geriyə qayıdarkən "San Siro"da azıb. Dostlarını itirən Bantle, maşın dayanacağına getsə də, avtomobillərini orada tapa biməyib. Cibindəki 20 avro ilə İtaliyada tək qalan Bantle, 11 il müddətində ölkəsinə dönməyib. Bu müddət ərzində o, küçələrdə, parklarda yaşayıb. Ancaq ayağının qırılması səbəbi ilə xəstəxanaya aparılan qocaman azarkeş İsveçrə səfirliyinə təqdim edilərək, 11 ildən sonra ölkəsinə göndərilib./Sport7.az


Müəllif: