11 Noyabr 2015 10:22
1 902

Cənubi Koreyada bir kanal reytinq qazanmaq üçün maraqlı bir üsula əl atıb.


Bir yarışma proqramı hazırlayan koreyalılar gənc qızları çətin sınaqlardan keçiriblər.


Yarışmada mini ətəkli qadınlar maneənin altından keçməyə çalışırlar. Yıxılmadan bunu edən qızlar isə mükafatlandırılır.


Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan veriliş reytinq rekordları qırıb. Televiziya rəhbərliyi istəyinə çatsa da insanların kəskin tənqidinə məruz qalıb. Koreyalılar bu cür verilişlərin uşaqların tərbiyəsinə mənfi təsir göstərdiyini bildirirlər.


Yarışma proqramının gecə saatlarında deyil, axşam saatlarında yayımlanması tənqidlərin daha da artmasına gətirib çıxarıb./BAKU.WS


Müəllif: