11 Noyabr 2015 21:16
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşlı qadın hər kəsin marağına səbəb olacaq təkliflə çıxış edib.

Teleqraf.com xəbər verir ki, ABŞ mətbuatı bir saatı 40 dollara analıq xidməti təklif edən 63 yaşlı qadından yazır. Nyu-Yorkda yaşayan Nina Keneally pul qarşılığında dərdlərinizi dinləyir, yemək bişirir, həyatınızla bağlı məsləhətlər verir.

Mətbuata açıqlama verən Nina ətrafındakı gənclərin tez-tez məsləhət üçün ona müraciət ediklərini bildirib.

"Bir çox gəncin mənimlə məsləhətləşdiyini gördüm".

Böyük marağa səbəb olan bu yeni xidmətin uğur qazanıb-qazanmayacağını zaman göstərəcək.

Ramal


Müəllif: