12 Noyabr 2015 10:54
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəsən, kriminal aləmdə son 3-4 ayda nəzərə çarpan müvəqqəti “atəşkəs” sona çatır.

“Ded Xasan”dan sonra Rusiya kriminalitetinin xaç atası seçilən “Şakro”nun qərarları birmənalı qarşılanmır. Bir çox oğrular hesab edir ki, o, neytrallığını qoruyub saxlamır. Halbuki İspaniyadan Rusiyaya qayıdarkən bunu vəd vermişdi.

Publika.az Rusiya mətbuatına istinadən məlumat verir ki, son həftə ərzində Ramaz Dznaladzeyə “Şakro” tərəfindən "oğru" adının qaytarılması “oğru”ların səbir kasasını daşırıb. Qeyd edək ki, Ramaz 2008-ci ildə “oğru” kassasından (obşak) pul mənimsədiyi üçün “krısalıq”da ittiham edilmişdi. Bundan sonra onun “vor zakon” adı əlindən alınmışdı.

Həmin vaxtdan sonra Ramaz daha iki dəfə həbsə düşüb. Keçən həftə isə Udmurtiyadakı İjevsk həbsxanasına gətirilib. Maraqlı burasıdır ki, o, məhkumlara “vor zakon” kimi təqdim olunub. Məsələ ilə bağlı qalmaqal Udmurtiyaya nəzarət edən qanuni oğru Oleq Sirkaçın (ləqəbi Çirkaç) qulağına gedib çatıb.

Sirkaç məsələni araşdırarkən aydın olub ki, “Şakro” heç kimlə məsləhətləşmədən Ramazın “oğru” adını qaytarıb.


Beləliklə, “Şakro”nun əleyhdarları artır. Slavyan “oğru”lardan Piçuqa və Voskres, gürcülərdən Biqinaşvili-Sebiskvradze ona qarşı müharibə elan etmək ərəfəsindədirlər.

O cümlədən, Rövşən Lənkaranskinin daxil olduğu qruplaşmanın da “Şakro” ilə aralarının soyuq olduğu heç kimə sirr deyil.


Müəllif: