14 Noyabr 2015 20:45
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səliqəli, manikürlü dırnaqlar hər xanımı səliqəli və gözəl göstərir. Lakin çox vaxt dırnaq boyası çəkmək əsl işgəncəyə çevrilir. Belə ki, onu səliqəli çəkmək bir, azı 5 dəqiqə hərəkətsiz qalaraq qurumağını gözləmək ayrı dərdə çevrilir.

Ancaq texnika inkişaf etdikcə, qadınların işi də asanlaşır. Belə ki, “Nails Inc.” adlı firma sprey dırnaq boyası istehsal edib. Şirkət həmin məhsulunun qadınların həyatını dəyişəcəyini, onlara gündə ən azı 15-20 dəqiqə vaxt qazandıracağını iddia edir.

Təqdim edilən “Paint Can” adlı məhsulla tanışlıqdan sonra onlara haqq verəcəksiniz. Bunun üçün sadəcə, “Paint Can”i dırnaqlara tərəf sıxmaq lazımdır. Təbii ki, bu zaman əlinizin dərisi də boyanacaq, ancaq narahat olmağa dəyməz. Çünki iyirmi saniyə sonra əllərinizi yuduqda, dərinizdəki boyadan heç bir əsər-əlamət qalmayacaq.


Müəllif: