14 Noyabr 2015 16:26
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Google Play Music” və “Apple Music”in yeni güclü rəqibi peyda olub: “YouTube” videohostinqi Android və iPhone üçün öz musiqi striminqini buraxıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, "Youtube Music"in yaradıcıları musiqi kompozisiyaları ilə kifayətlənməyərək, kolleksiyaya albomlar, sinqllar, videokliplər, konsert videoları və hətta karaoke də əlavə ediblər. YouTube Music istifadəçinin üstünlük verdiyi seçimlərdən asılı olaraq, "My Mix" gündəlik pleylistini generasiya edir. Tətbiqetmənin rahat axtarış sistemi sevimli musiqini sürətlə tapır. Servis həm ödənişsiz, həm də ödənişli kontentlər təqdim edir. Yeri gəlmişkən, oktyabrın 28-də YouTube istifadəçilərə reklam çarxlarını ötürməyə imkan verən ödənişli abunəni tətbiq edib. Abunənin aylıq qiyməti 9,99 dollardır.


Müəllif: