17 Noyabr 2015 23:36
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Sietl şəhərindəki federal məhkəmə, başından zərbə aldıqdan sonra Holand Amerika şirkətindən şikayət edən 61 yaşlı Ceyms Hosmanın haqlı olduğuna qərar verib. Yekun hökmə görə, həmin şirkətə məxsus olan sərnişin gəmisində baş verən xoşagəlməz qəzaya görə, Holland Amerika Hosmana 21.5 milyon dollar təzminat ödəməlidir.

Hadisə ilə bağlı qərar indi verilsədə, olay 2011-ci il noyabrın 26-da baş veribmiş.Həyat yoldaşı və övladları ilə dünya səyahətinə çıxmaq istəyən Ceyms Hosman yeridiyi zaman gəminin qapısı qəfildən açılaraq onun sifətinin sağ tərəfinə toxunub. Həkimlərin sözlərinə görə, yaşlı amerikalı bu toqquşmadan sonra yüngül kəllə-beyin travması alıb və bəzi bildiklərini unudub. Hadisənin şoku və yaşatdığı depressiya isə təzminatın bir anda kəllə-çarxa yüksəlməsinə əsas verib.

Sən demə, “Holland Amerika” şirkətinə məxsus səyahət gəmisində öz-özünə açılan qapı bu vaxtadək xeyli sayda insana zərbə endirib. Amma onların hamısı bu qəzanı normal qəbul edərək, şirkəti məhkəməyə verməyib. Elə Ceyms Hosmanın ailəsi də belələrindən imiş. Amma onlar oxşar hadisənin eyni gəmidə 34-cü dəfə baş verdiyini eşidəndə, ən azından başqalarını xilas etmək ümidi ilə məhkəməyə müraciət etmişdi. Onları müdafiə edən vəkil isə, şirkətdən külli miqdarda təzminat qoparmağa müvəffəq olub.

“Holland Amerika” şirkəti ittihamı rədd edərək, məhkəmədən təzminatın məbləğinin azaldılmasını tələb edib. Şirkət rəhbərliyi son qərardan apelyasiya şikayəti verəcəklərini də deyiblər.


Müəllif: