Çin ilə müqayisədə ABŞ-ın superkompyuter istehsalı xeyli azalıb.
Bunu dünyanın 500 ən güclü elektron maşınları siyahısından da görmək olar. Belə ki, Çin siyahıda superkompyuterlərinin sayını üç dəfə artıraraq 109-a çatdırıb. Bu ölkənin “Tyanhe-2” superkompyuteri siyahıda altıncı dəfə liderliyini qoruyub.