18 Noyabr 2015 12:39
2 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 4 qız şagirdinə təcavüzdə ittiham olunan lisey müdirinin köməkçisi H.K-nin məhkəməsi davam edir.

Teleqraf.com xəbər verir ki, cinayət işinə Anadolu Ağır Cəza Məhkəməsində baxılıb. Təcavüzdə ittiham olunan H.K-nın xanımı da məhkəmə iclasında iştirak edib.

Məhkəmədə zərərçəkmiş 17 yaşlı D.Ş və müəllim də ifadə verib.

D.Ş ifadə verən zaman hakim ondan müttəhimin zaldan çıxarılmasını istəyib-istəməməsini soruşub. Zərərçəkən isə müdir köməkçisi zaldan çıxarılarsa, daha rahat ifadə verə biləcəyini deyib.

H.K. zaldan çıxarıldıqdan sonra D.Ş ifadəsini verib. O, "Müdir köməkçisinin otağına kağız götürmək üçün girmişdim" deyə başladığı ifadəsi zamanı H.K.-nın kabinetində baş verənləri danışıb.

Zərərçəkmişlər ifadələrində bildirib ki, dərslərindəki davamiyyət probleminə görə H.K-nin otağına gediblər. Daha sonra şagirdlər maddi ehtiyacları olduqlarını bildirərək H.K-dən yardım alıblar. Zərərçəkmiş F.E. sənədləri düzəltmək üçün otaqda olan zaman H.K ona qarşı cinsi xarakterli hərəkət edib. Şagirdinin etirazına isə “zarafat edirəm” deyə cavab verib. F.E. olanları rəfiqəsi C.E.-yə danışıb. C.E.-də eyni halla üzləşdiyini deyib. Qızlar növbəti dəfə otağa gedən zaman H.K onlara cinsi orqanını göstərib. H.K-nin sosial şəbəkədə və telefonla da digər iki şagirdinə əxlaqsız mesajlar göndərdiyi də bildirilib.

53 yaşlı müdir köməkçisinin məhkəməsi davam etdiriləcək.

Ramal


Müəllif: