19 Noyabr 2015 08:06
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə sahibəsini yanğından xilas edən Nalle ləqəbli pişik heyvanlar arasında ilin qəhrəmanı sayılıb. Bu qeyri-rəsmi adı pişiyə SVT milli kanalının efirində yayımlanan gecə şousunda veriblər.

Nalle Karlskrun şəhərindən olan 23 yaşlı sahibəsi Anni Narvefoşu elə vaxtda yuxudan oyadıb ki, onun doldurmaq üçün şəbəkəyə qoşduğu mobil telefon tüstülənməyə başlayıb. Pişiyin sahibəsi bildirib ki, yuxudan ayılan kimi yanan plastik kütlənin qoxusunu hiss edib və alışmağa başlayan telefonu söndürüb.

Bu hadisədən sonra pişik İsveçin sosial şəbəkə istifadəçilərinin sevimlisinə çevrilib. O qədər populyarlaşıb ki, onu və sahibəsini televiziyaya dəvət ediblər. SVT kanalı Nalleni fəxri fərman və müxtəlif hədiyyələr, o cümlədən yaraşıqlı xalta, oyuncaqlar və pişik yeməyi ilə mükafatlandırıb.

Nallenin sahibəsi bildirib ki, bu hadisədən sonra mobil telefonu gecələr dolmağa qoymaqdan ehtiyat edir. A.Narvefoş onu da bildirib ki, ahıllara qulluq etməklə pul qazanır. İsveçli xanımın sözlərinə görə, onun bir neçə xəstəsi Nalle barəsində yazılan bütün qəzetləri alıb. Onlar pişiyi efirdə də izləyiblər.


Müəllif: