21 Noyabr 2015 08:37
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın məşhur onlayn kartoqrafik servislərindən biri olan "Google Maps" Bakıda müşahidə olunan yolların yüklənməsini və tıxacları göstərməyə başlayıb.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu opsiya hələ ki, "iOS" mobil əlavələrdə və "Android" üzərində işləyən bəzi qurğularda mövcuddur.


Stolüstü kompüterlərdə istifadə edilən "maps.google.com" saytında "Traffic"/"Tıxaclar" opsiyası hələ ki, aktiv deyil.

Lakin bu istinada müraciət etdikdə tıxacları müşahidə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycanın "GoMap.az" onlayn xəritəsində də tıxacların olduğu istiqamətlər göstərilir.

Bundan başqa tıxaclar haqda məlumatla Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin "www.niim.az" saytında tanış olmaq mümkündür.


Müəllif: