21 Noyabr 2015 18:25
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 28-də İtaliyanın Savona şəhərində "Apple" texnikasının ən böyük muzeyi açılacaq.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, şirkətin sahibləri uyğun yer seçənə qədər 13 il ərzində 10 mindən çox eksponatı bir yerdən digərinə daşımağa məcbur idilər. Yeni muzey ziyarətçilər üçün qapılarını noyabrın 28-də açacaq. Bura hər gələn şəxs "Apple" tarixinə baş vurmaq, uzaq 70-ci illərə qayıtmaq, şirkətin müasir alətlərinin əksəriyyətinin təkamül yolunu izləmək imkanı əldə edəcəklər. Kolleksiyada 1000-dən çox fəaliyyət göstərən eksponat təqdim olunur. "All About Apple" muzeyi Dünyada ən böyük "alma" muzeyi olacaq.

Qeyd edək ki, şirkətin ən böyük və güclü planşeti bu günlərdə satışa çıxarılıb. "iPad Pro" ekranın diaqonalı 12,9 düymdür. Bu ekranın icazəsi 2732 x 2048 nöqtədir. Bu ekranda 5,6 milyon nöqtə var və bu 15 düymlük Retina displeyli "MacBook"dakı nöqtələrdən çoxdur. "Apple iPad Pro"nun displeyini yaratdıqları ən güclü displey adlandırıb.

Rüstəm


Müəllif: