23 Noyabr 2015 13:25
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 7 ildir birlikdə olan cütlük may ayında boşanıb. Ər keçmiş xanımına aylıq 700 lirə (260 manat) aliment və 10 min lirə (3700 manat) maddi təzimnat ödəməyə razı olub. Əsas hadisə isə bundan sonra baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ər F.P ilə onun keşmiş xanımı B.P-nin ailə dostu I.K. adlı qadın kişiyə xanımının ona xəyanət etdiyini bildirib. O, A.Ö adlı adamla xanımının 3 ildir bir yerdə olduqlarını deyib. I.K. əlində A.Ö ilə B.P-nin cinsi əlaqədə olduqlarına dair görüntülərin olduğunu da söyləyib.

F.P. vəkili vasitəsilə ərizə ilə məhkəməyə müraciət edib və keçmiş xanımından təzminat tələb edib. Ərizədə kişinin dostu I.K.-nın ifadəsi də yer alıb:

"5 ildir A.Ö. ilə birlikdəyəm. Kompyuterinə baxarkən onun B.P.-yə yazdığı məktubu gördüm. “0615” adlı qovluqda isə 7-8 ədəd pornoqrafik video tapdım. Kadrlardakılar A.Ö. ilə B.P. idi".

I.K. ifadəsində A.Ö.-nün həm ona, həm də B.P.-yə QİÇS virusu keçirdiyini və B.P.nin hələ də müalicə olunduğunu deyib.

Məhkəməyə müraciət edən ər keçmiş həyat yoldaşından uşağının vəkalətini və 300 min TL (111 min manat) maddi və mənəvi təzminat istəyib.

Hakim boşanma qərarının yenilənməsini və B.P.-nin son 3 ilə aid mobil telefon qeydlərinin çıxarılmasını istəyib. Hazırda məhkəmə işi davam edir.

Ramal


Müəllif: