25 Noyabr 2015 08:53
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Syanszyan şəhərində yerləşən internet-kafelərin birində 10 il müddətində itkin düşmüş və ölmüş hesab edilən 24 yaşlı çinli qız tapılıb. O, valideynləri ilə mübahisədən sonra evi tərk edib və o vaxtdan onun üçün müvəqqəti sığınacaq rolunu oynayan müxtəlif kompüter klublarında vaxt keçirib.


Polislər internet-kafelər üzrə növbəti səhər reydi zamanı Syao Yunu tapıblar. Həmin çinli qız saxta şəxsiyyət vəsiqəsi təqdim etdikdən sonra sorğulanmaq üçün polis bölməsinə aparılıb. Məhz o zaman qızın kimliyi və nə işlə məşğul olduğu məlum olub.


Syao Yun yaşamaq üçün internet-kafenin əməkdaşlarından pul və yemək dilənib, bəzən kassir kimi işləyib. Onu təxminən 150 dollar məbləğində cərimələyiblər, bundan sonra valideynlərinə qızlarının sağ olduğunu bildiriblər.


Müəllif: