25 Noyabr 2015 15:42
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonşu Türkiyədə illər öncə süni mayalanma yolu ilə dünyaya gələn ilk körpə ana olub.

Adı Dilək Katrancı Akar olan 27 yaşlı bu gənc qadın normal yollarla övlad dünyaya gətirməyə müyəssər olub. Ailə qurandan iki il sonra ana olan Dilək xanım "çox xoşbəxtəm, hər kəsə belə bir səadət arzulayıram" deyərək sevincini ifadə edib. Dənizlidə yaşayan bu qadının ata-anası illər öncə övlad sahibi ola bilmədikləri üçün süni mayalanma üsuluna əl atıblar. Nəticədə qızları dünyaya göz açıb. Və bu qız ölkələrinin ilk "tüp bəbəyi" olub.

Təbbii yolla hamilə qalan xanım övladını keysəriyyə üsulu ilə dünyaya gətirib. Ana və uşağının sağlıq durumu normaldır. Dilək xanım Türkiyənin "Vatan" qəzetinə "mən tüp bəbək olduğum üşün hər kəs övladımın necə doğulacağıyla maraqlanırdı. Çox şükür ki uşağım normal bir şəkildə həyata gəldi", deyə söyləyib. Diləyin həyat yoldaşı isə xanımının xüsusi bir insan olduğunu dilə gətirib. "Çünki o, Türkiyənin ilk tüp bəbəyidir".

Çevirdi: Nuray


Müəllif: