27 Noyabr 2015 17:51
3 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Elenora Verbitskaya adlı gənc qızın təcrübə keçdiyi İnzibati Xətalar üzrə Qanunlara Nəzarət İdarəsindən qovulması səs-küyə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qızın işdən qovulmasına səbəb kimi onun keçmişi göstərilib.

Məsələ sosial şəbəkələrdə Elenoranı "Mentonyaşka" adlandırılmasından sonra idarə rəhbərliyinin apardığı araşdırmalar zamanı ortaya çıxıb. Məlum olub ki, Elenora ictimaiyyət arasında "DJ Ellis Sekston" kimi tanınıb və internetdə gənc qızın çoxlu sayda erotik foto və videoları var.

Elenora isə iddia edir ki, təcrübə keçdiyi idarə rəhbərliyinin onun keçmişi haqqında kifayət qədər məlumatı olub. Gənc qızın sözlərinə görə, o, bu sənət ilə ancaq boş vaxtlarında məşğul olub və işdən yayınmayıb.

İdarə rəhbərliyi isə təkidlə bu məsələnin qapandığını və Y.Verbitskayanın təcrübədən uzaqlaşdırıldığını bildirib.

Samir


Müəllif: