ABŞ-da daha bir müəllim və şagird arasında cinsi əlaqə qalmaqalı yaşanıb.
Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. 16 yaşlı şagirdi ilə cinsi əlaqəyə girən 26 yaşlı müəllimə həbs edilib.
ABŞ mətbuatının yazdığına görə, müəllimə şagirdi ilə gizli münasibətdə olub.
Polis tərəfindən həbs edilən Virciniya Hyuston adlı ingilis dili müəllimi 10 min dollar girov qarşılığında azad olunub. Müəllimə haqqında cinsi təcavüz, yetkinlik yaşına çatmayanla cinsi əlaqə, ona əmanət olunan şagirdi öz məqsədləri üçün istifadə etmə ittihamları ilə cinayət işi açılıb.
Müəllimənin şagirdindən yoxsa həyat yoldaşından hamilə olduğu hələ dəqiqləşməyib.
Ramal