Türkiyədə məsciddə 3 uşaq anası 40 yaşlı D.D-yə təcavüzdə ittiham olunan 20 yaşlı Yusif Ergani və 19 yaşlı Abdussəmid Öcala 20 il həbs cəzası verilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 5-də Kayseridə baş verib.
İddiaya görə, Yusif Ergani və Abdussəmid Öcal evli qadının evinə giriblər. Daha sonra onu təhdid edərək bağlı məscidə aparıblar. Burada Yusif Ergani zorla qadınla cinsi əlaqəyə girib.
Öcal dostunu və qadını boş bir əraziyə aparıb. Burada Yusifdən sonra Öcal da qadına təcavüz edib. Təcavüzkarlar qadını yolun kənarında ataraq hadisə yerindən uzaqlaşıblar.
Hadisənin üzərindən 3 gün keçdikdən sonra qadın polisə şikayət edib. Polis hər iki təcavüzkarı saxlayıb.
Kayseri Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılan Yusif Ergani və Abdülssamed Öcal haqqında hökm oxunub. Hər iki cinayətkar 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ramal