3 Dekabr 2015 08:05
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə xidmətləri sahəsində aparıcı beynəlxalq «Boston Consulting Group» («BCG») şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 50 aparıcı innovator reytinqində texnoloji və telekommunikasiya şirkətləri əvvəlki kimi liderdirlər.

«Apple» növbəti dəfə ən innovativ şirkət adına layiq görülüb. Korporasiya 2005-ci ildən etibarən bu adı qoruyub saxlayır. «Google» 2006-cı ildən etibarən sözügedən reytinqdə ikinci pillədə qərarlaşıb və bu cari ildə də dəyişməz olaraq qalıb.

«Tesla Motors» elektrik avtomobilləri istehsalçısı üçüncü pilləyə sahiblənib. Müqayisə üçün, 2014-cü ildə adıçəkilən şirkət 7-ci pillədə qərarlaşmışdı. «Microsoft» və «Samsung» şirkətləri müvafiq olaraq dördüncü və beşinci pillələri tutublar.

«ICTnews.az» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, «BCG» şirkəti 2005-ci ildən etibarən müxtəlif ölkələrdən olan şirkətlərin nümayəndələri arasında sorğu keçirməklə öz reytinqini tərtib edir.


Ən innovativ şirkətlərin son reytinqində «Amazon» (9-cu yer), «IBM» (13), «Yahoo!» (16), «HP» (23), «Facebook» (28), «Cisco» (31), «Hitachi» (38), «3M» (40), «NEC» (41), «Huawei» (45), «Salesforce.com» (49), «Lenovo» (50) kimi İT şirkətləri yer alıb.

50 aparıcı innovator reytinqdə yer almış şirkətlərin 50 faizindən çoxu (29) ABŞ-ı, 11-i Avropanı, 10-u isə Asiyanı təmsil edir.


Müəllif:

Oxşar xəbərlər