4 Dekabr 2015 11:39
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ər hamilə həyat yoldaşını və 5 yaşlı qızını avtomobillə vuraraq hadisə yerindən qaçan şübhəli sürücünün şəkilini sosial şəbəkədə paylaşaraq kömək istəyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 17-də baş verib. Şakir Güngör həyat yoldaşı Çidem və Zəhranın ölümünə səbəb olan Harun Gültəkini axtarır.

21 SB 107 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Harun hadisə yerindən qaçıb. Polis şübhəlinin axtarışını davam etdirərkən Şakir Güngördə feysbuk sosial şəbəkəsdində Harun Gültəkinin şəkilini paylaşıb. O, şəkilə "Qatil axtarılır. Harun Gültəkin. Doğu Bəyazitdə hamilə qadını və 5 yaşlı qızı öldürən Harun Gültəkini görən və ya harada olduğunu bilən hər kəs 155 polisə zəng etsin" şərhini yazıb.

Hadisədən 25 gündən sonar qəzanı törədən sürücü feysbuk sosial şəbəkəsində hadisə ilə bağlı daha bir açıqlama yazıb:

"Başıma gələn bəlaya sinə gərdim. Haqqın səhv fikirlər anladılıb. Mənə inanan tanıyır məni, inanmayanlar da özləri bilər. Sadəcə, o qadının və uşağın ailəsi rahat olsun deyə həbsxanaya girəcəm. Haqqınızı hala edin. Bir gün yenə görüşəcəyik".

Harun paylaşımı etdikdən 30 dəqiqə sonra hesabını bağlayıb.

Ramal


Müəllif:

Oxşar xəbərlər