7 Dekabr 2015 11:18
2 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə otelə çağırdığı həyat yoldaşını və iki uşağını öldürən ərin məhkəmisi davam edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisə ifadə verən Fərid (ad şərtidir-R.) xanımının ona xəyanət etdiyini bildirib.

Polisin məlumatına görə, Fərid xanımı Zəhranı otelə çağırıb. Burada onunla cinsi əlaqədə olub. Daha sonra o, Zəhranın sinəsinə və boğazına dəfələrlə bıçaq zərbəsi vurub. Cinayətkar qonşu otaqda olan 3 yaşlı qızı Nülufər və 1 yaşlı oğlu Poladı da bıçaqla vuraraq öldürüb.

İzmir Ədliyyə Tibb Qurumu Zəhranın sinəsində 8, boğazında isə çoxsaylı bıçaq zərbələri aşkar edib.

Ərindən boşanmaq istəyən Zəhranın evləndikdə sonra iki dəfə intihara cəhd etdiyi məlum olub.

Qeyd edək ki, xanımını və iki uşağını öldürdükdən sonra intihara cəhd edən Fərid ailəsi ilə danışaraq haqlarını halal etmələrini istəyib.

Hadisə ilə bağlı məhkəmə davam edir.

Ramal


Müəllif:

Oxşar xəbərlər