8 Dekabr 2015 08:17
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya reklam bazarının həcmi artır. «Zenith Optimedia» şirkətinin proqnozuna görə, 2016-cı ildə marketinq xidmətləri və mediaya sərf olunacaq qlobal xərclərin həcmi 1 trilyon dollara yaxınlaşacaq.


Şirkətin analitikləri bildirib ki, 2019-cu ilədək bu sahədə artım tendensiyası davam edəcək. 2015-ci ilin nəticəsinə görə, dünya reklam bazarının həcmi 3.9, 2016-cı ildə 4.7, 2017-ci ildə 4.3, 2018-ci ildə isə 4.2 faiz artacaq.


Sözügedən analitik şirkətinin proqnozlarına əsasən, 2015-ci ildə internet reklam bazarının həcmi 158 milyard dollar təşkil edəcək.


Müəllif:

Oxşar xəbərlər