Avstriyalı alimlərin hesablamalarına görə, smartfonlar ildə təxminən 49 gün vaxtımızı alır.
Statistikaya əsasən, 16-30 yaşlı istifadəçilər gün ərzində təxminən 150 dəfə smartfonun displeyinə nəzər salır. 46-65 yaşlı insanlarda müvafiq göstərici iki dəfə azdır, amma onlar gündə buna təxminən 1,5 saat sərf edirlər. Gənclər isə smartfonlarla təxminən 3,2 saat vaxt keçirirlər.
Avstriyanın Teylor Nelson Sofres (TNS) araşdırma şirkətinin direktoru Alister Litvud bildirib ki, bu göstəricilər ondan xəbər verir ki, insanlar həyatdan zövq almaq, darıxmaq və öz düşüncələri ilə baş-başa qalmaq hisslərini unudublar. Onun əvəzində sosial şəbəkələrdə dərc edilmiş xəbərlərə saatlarla vaxt sərf etməyə hazırdırlar.