10 Dekabr 2015 14:54
2 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 14 yaşlı oğlanla cinsi əlaqəyə girən 17 yaşlı qıza hökm oxunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2014-cü ilin aprelində Zonquldağda baş verib.

14 yaşlı Zəfər telefonda təsadüfü yığdığı nömrənin sahibi 17 yaşlı Lalə (adlar şərtidir-R) ilə dost olub. Bir müddət sonra Lalə və Zəfər iki dəfə cinsi əlaqəyə giriblər.

Zəfər olanları atasına danışıb. Onun şikayət əsasında Lalə haqqında cinayət işi açılıb.

İkinci Ağır Cəza Məhkəməsinda cinayət işinə baxılarkən prosesə şübhəli Lalə və zərərçəkmiş Zəfər qatılmayıb. Məhkəmə azyaşlı uşağa təcavüzdə ittiham olunan Lalə haqqında 7 il 4 ay 26 gün həbs cəzası verib.

Ramal


Müəllif:

Oxşar xəbərlər