14 Dekabr 2015 15:42
10 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən böyük qorxusu...”

Rusiya-Türkiyə arasında baş verən böhrandan sonra Rusiya prezidenti Vladimir Putin haqqında mətbuatda maraqlı məlumatlar çoxalmağa başlayıb. Bəs Putin haqqında nələri bilmirik? Ölkəsini niyə evindən idarə edir? Ən çox hansı videolara gülür? O, niyə Moskvanı sevmir?

İngilis jurnalist Ben Judah dəfələrlə Rusiyaya səyahət edib. O, Putinin yaxınları ilə görüşərək hazırladığı “Fragile Empire. How Russia Fell in and Out of Love with Vladimir Putin - Kövrək İmperiya. Rusiya Putinə necə aşiq oldu və ondan necə soyudu” kitabında dövlət başçısının həyatının pərdəarxası məqamları haqqında maraqlı məlumatlar yer verib.

Teleqraf.com britaniyalı jurnalistin Rusiya prezidenti Vladimir Putin haqqında bəzi fikirlərini təqdim edir.

1.SSRİ-dən nə vaxt küsdü?


Kitabda yazılana görə, Putin Drezdendə xidmət etdiyi zaman insanlarla sağlam ünsiyyət qurmaqda çətinlik çəkirdi. Nə işində, nə də şəxsi həyatında gözə çarpaq uğur qazana bilmirdi. DTK-da (Dövlət Təhlükəsizlik Komitəsi) polkovnik-leytenant rütbəsindən irəli gedə bilməyən Putinin gələcəyi parlaq görünmürdü. Həmin günlərdə Putinin başına gələn hadisə həyatına və seçimlərinə istiqamət verəcəkdi. Antikommunist qrup Drezdendə DTK-nın ofisinin qarşısında aksiya keçirərkən Putin rəhbərlikdən hansı addım atmalı olduğunu soruşub. Özü o, günü belə xatırlayır : “Mənə "Mərkəzdən əmr gəlmədən bir şey edə bilmərik, Moskvadan isə xəbər yoxdur” dedilər. “Moskvadan xəbər yoxdur” dedikdə artıq ölkənin dağıldığını anlamışdım. Ölkə müalicəsi olmayan xəstəliyə tutulmuşdu”.

2. Müəllimi kim olub?

Vladimir Putin bu gün çatdığı məqamına görə hüquq professoru Anatoli Sobçaka borcludur. Sobçak Leninqrad (Sankt-Peterburq) Universitetində Putinin müəllimi olub. Sovet İttifaqı dağıldıqdan sonra isə onu əvvəl universitetə çağırıb. Sonra da Sankt- Peterburqun meri olanda Putini müavini təyin edib. O, daima Putinə məsləhət verməkdə davam edib.

3. Üzərkən qərar verir
Səhər yeməyindən sonra ilk işi idmanla məşğul olmaqdır. Yaxınlarının dediyinə görə, o, Rusiyanın gələcəyi ilə bağlı qərarların çoxunu üzərkən verir. Adi günlərdə hovuzdan çıxandan sonra idman zalına keçir. Velosiped və qaçış cığırını sevmir. Hobbisi ağırlıq qaldırmaqdır. Xəbərlər kanallarına baxaraq gündəmlə maraqlanır. Görüşmək istəyən nazirlər, bürokratlar qapısında növbəyə dururlar. 2-3 saat gözləmək adi hal sayılır.

4.Buz adam buz meydançasında

Putinin ən sevdiyi məşğuliyyət xokkeydir. Dəbilqəni taxıb meydançaya çıxanda ətrafında ancaq ona ən yaxın insanlar olur. Bu xüsusi oyunlara dəvət edilmək hər kəsə müyəssər olmur. Trinunada əsasən oliqarxlar, bürokratik elita, köhnə dostlar, ən güvəndiyi insanlar olur. Arkadi və Boris Rotenberg, Gennadi Timçenko kimi iş adamları bura daxildir. Onlar Putin hələ mer müavini olanda onu tanıyan dostlarıdır. O vaxtlar Putinə “Boss” deyənlər indi “Çar” deyirlər. Meydançada bir tərəfdə Putin və onun mühafizəçiləri digər tərəfdə isə Baş Nazir Dmitri Medvedev ilə mühafizəçiləri olur.

5. Hər gün üç qovluq

Putinin iş otağında stolun üzərində nə kompyuter, nə də televizor olur. Dövlət nümayəndələri stolun ətrafına toplanaraq ölkə başçısını məlumatlandırırlar. İclas zamanı müasir texnologiya deyil, Sovet dönəmindən miras qalan prinsiplərdən və qayda-qanundan istifadə edilir. Putinin hər gün xüsusi əhəmiyyət verdiyi, vaxt ayırdığı üç sənəd olur. Birincisində Federal Təhlükəsizlik Xidmətinin (FTB) hazırladığı, ikincidə Xarici Kəşfiyyat Xidmətinin (XTB) hazırladığı məlumat yer alıb. Sonuncuda isə Putinin yaxın şəxsi mühafizə şəbəkəsinin hazırladığı məlumatlar olur. Bu qovluqda xüsusi şəxslər haqqında məlumatların mövcud olduğu güman edilir.

6.Ən böyük qorxusu

Xarici səfərlər zamanı oteldə təxminən 200 otaq tutulur. Kəşfiyyat xidməti lazımi yoxlamaları bir ay öncədən aparır. Döşəkağılar və hamam dəstləri Rusiyadan xüsusi və möhürlü şəkildə aparılır. Otağa yalnız şəxsən dövlət başçısı girə bilər. Səfərlər zamanı aşpazlarla bərabər ofisiantlar və təmizlik xidmətçiləri də gedir. Ən böyük qorxusu isə zəhərlənməkdir.

7. Yolda vaxt itirməyi sevmir

Moskva yollarından həzz almır. Nəqliyyatda vaxt itirməyi sevmədiyindən çox vaxt işlərə şəhər kənarındakı daimi iqamətgahından nəzarət edir.

8. Bildirçin yumurtası ilə səhər yeməyi

Putin səhər tez oyanıb işlə məşğul olan dövlət adamlarından deyil. Adətən, yuxudan gec oyanır. Səhərlər yeməyində əsasən, yumşaq ağ pendirə üstünlük verir. Bəzən omlet və ya yulaf lopası yeyir. Əhvalı yaxşı olanda bildirçin yumurtası yeyə bilər. Hər şeyin çox təzə olması şərtdir. Bütün yeməklər Rusiyanın dörd bir yanındakı kəndlərdən göndərilir.

9. İş rejimi

Putinin sabit, əvvəlcədən planlaşdırılmış iş rejimi yoxdur. Bu səbəbdən müşavirləri həmişə hazır olmaq məcburiyyətindədirlər. Putin daha çox hava soyuyanda işləməyi sevir.

10. Gülməli videolar

Özü ilə bağlı olan gülməli videoları maraqla izlədiyi deyilir.

11.Görüş siyahısı

Görüş müddəti 15 dəqiqədir. Gündəliyi doludur. Bəzi görüşlər üçün növbəti ilə vaxt təyin olunur.

12. Çox işləyir

Putin şənbə və bazar günləri də işləyir. Stalindən sonra ən çox işləyən lider olduğu deyilir. Həmçinin Rusiyanı ən çox gəzmiş dövlət başçısıdır.

14. Ən yaxını
Ona ən yaxın olan “Koni” adlı qara labrador itidir. Dövlət başçısına qarşı əhvalına görə davranan Koni bəzən ona üsyan da edir.

15.Nə oxuyur?

Kitablarla arası yoxdur. Müşavirlərinə görə, xidməti zamanı iki roman oxuyub. Bunlardan birində hadisələr 2054-cü ildə baş verir. "The Third Empire - Üçüncü İmperiya” adlı romanda bütün Rusiyanı birləşdirən “Çar II Vladimir”in həyatından bəhs edir.

16.Tarixə marağı

Ən çox “I Pyotr”un həyatı və həmin dövrü əhatə edən tarixlə maraqlanır.

17. Ailə həyatı

Həyat yoldaşı Lyudmilla ilə ötən il boşanıb. İki qızı var. 30 yaşlı Mariya və 29 yaşlı Ekaterina.

Ramal


Müəllif:

Oxşar xəbərlər