18 Dekabr 2015 08:52
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SecureAuth” şirkətinin ABŞ-ın müxtəlif şirkətlərinin 300 İT mütəxəssisi arasında keçirdiyi sorğudan məlum olub ki, müəssisələrin 66 faizi informasiya təhlükəsizliyinə xərcləri artırır və parola alternativ avtorizə üsullarını axtarır.

Son vaxtlar müşahidə edilən kiberhücumların sayının artması əksər təşkilatları parola münasibəti dəyişməyə məcbur edib. Sorğuya görə, son bir ildə müəssisələrin 59 faizi məlumat sızmasından ziyan çəkib, əksər hallarda informasiya yalnız parolla mühafizə olunub. Ümumilikdə İT mütəxəssislərinin 91 faizi on il ərzində ənənəvi parolların ləğv ediləcəyini proqnozlaşdırır. Respondentlərin 97 faizi alternativ metodların - biometrik identifikasiya, ikifaktorlu autentifikasiya və başqa üsulların etibarlığına əminlik ifadə edib.


Əksər ekspertlər (95 faiz) növbəti ildə şirkətlərin informasiya təhlükəsizliyi büdcəsini artıracağını gözləyir. Rəyi soruşulanların 87 faizi qeyd edib ki, təşkilatlar bəzən gücləndirilmiş mühafizə üsullarının həyata keçirilməsi və ya müştərilərin tələblərinə uyğunluq arasında seçim etməli olurlar. Respondentlərin 81 faizinin fikrincə, alternativ avtorizə üsullarının həyata keçirilməsi müasir texnologiyalardan və ən yeni proqram təminatından istifadəni nəzərdə tutduğuna görə baha başa gələ bilər.

“SecureAuth” şirkətinin baş direktoru Kreyq Landın sözlərinə görə, alternativ avtorizə üsullarının inteqrasiyası vaxt və büdcəyə yenidən baxmanı tələb edə bilər, - “www.securitylab.ru” yazır.


Müəllif:

Oxşar xəbərlər