18 Dekabr 2015 17:00
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə adam öldürməkdə günahlandırılan Yılmaz B. ilə birlikdə mühakimə olunan Uğur K. avtomobilində ölmüş vəziyyətdə tapılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uğur axşam evə gəlməyib. Ailəsi həyətdə avtomobilə baxan zaman maşının yük yerindən Uğurun cəsədini tapıblar. Hadisə yerinə çağrılan polis Uğur Kurşunun başından güllə ilə vurularaq öldürüldüyünü müəyyən edib.

Hadisə ilə bağlı aparılan istinqa zamanı maraqlı məlumatlar ortaya çıxıb. Belə ki, Uğur 1 il əvvəl Antalyada gecə klubunda baş verən cinayətə görə mühakimə olunub. Barda baş verən hadisədə Ertan Altunkaya öldürülüb, 4 nəfər isə yaralanıb. Ertanı öldürən Yılmaz Başlar həbs edilib. Uğur isə iki nəfəri yaraladığı üçün hakim qarşısına çıxarılıb. Qəsdən adam öldürməkdə ittiham olunan Yılmaz Başlar bunları deyib:

“Ertan Altunkaya toyumdan əvvəl xanımıma dostluq təklif edib. Xanımım isə bu təklifi qəbul etmədiyi üçün Ertan ətrafındakılara evliliyimiz barəsində “ikinci əl maşın aldı” sözlərini deyib. Hadisə günü “Necə adam olduğumu xanımından soruş”dedi. Məni onu öldürməyə vadar etdi”

Məhkəmə 3 ay əvvəl yekun qərar qəbul edib. Yılmaz Başlar ömürlük azadlıqdan məhrum edilib. İki nəfəri yaralayan Uğur Kurşun haqqında isə 5 ay həbs cəzası verilib.

Hazırda Uğur Kurşunun qətlə yetiriliməsi ilə bağlı istintaq davam edir.

Ramal


Müəllif:

Oxşar xəbərlər