6 İyun 2014 11:59
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu özünün facebook səhifəsində (https://www.facebook.com/Elmfondu) sualları cavablandıracaq.

Fondun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 9-da vətəndaşlar Fondun fəaliyyət istiqamətləri, fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən qrant müsabiqələri, gənc alimlərə dəstək, xaricdə elmi təcrübə keçmələrin maliyyələşdirilməsi, Fondun gələcək planları və s. bağlı suallarını ünvanlaya bilərlər. Suallar operativ şəkildə, qısa və dolğun şərhlər vasitəsilə cavablandırılacaq.



Fond bu layihəni müntəzəm olaraq həyata keçirəcək.

Ayxan


Müəllif: