İş yoldaşı olan qadınla cinsi əlaqədə olmaqda ittiham olunan İsrail Daxili İşlər naziri Silvan Şalom nazirlikdən və millət vəkilliyindən istefa verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, istefa qərarını yazılı şəkildə elan edib.
Keçmiş nazir Şalomun istefasına səbəb kimi mətbuatda onun haqqında "cinsi təcavüz" iddiaları ilə bağlı xəbərlərin yayılması göstərilib.
Belə ki, "Haaretz" qəzetində yayılan məlumata görə, Şalom ofisində işləyən qadına təcavüz etməyə çalışıb. Həmin qadın hadisə ilə bağlı polisə müraciət etməyəcəyini bildirmişdi.
Ramal