22 Dekabr 2015 08:51
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

"IHS" analitik şirkətinin tədqiqatına görə, 2019-cu ildə ABŞ ev təsərrüfatlarında "4K" formatlı televizorların nüfuzetmə səviyyəsi 34 faiz, Avropa İttifaqı ölkələrində 25 faiz təşkil edəcək.

Hər iki qeyd olunan bazar "4K" televizorların artım tempinə görə 2019-cu ilədək "4K" televizorlara sahib ev təsərrüfatlarının payının 14 faiz proqnozlaşdırıldığı Yaponiyanı xeyli geridə qoyacaq. Yaponiyada göstəricinin aşağı olmasına səbəb kimi isə ailələrin artıq yeni televizora malik olması qeyd olunur.


"IHS"-in proqnozuna görə, 2017-ci ilədək 50 və daha böyük düyümlü televizor modellərinin çoxu "4K" təsvir ölçüsünü dəstəkləyəcək, "Ultra HD" kontentinin sayının və ondan internet provayderləri və ödənişli televiziya provayderlərindən istifadənin genişlənməsi "4K" modellərin satışına əlavə stimul verəcək.

Avropa ölkələri içərisində "4K" formatlı televizorların daha çox İsveçrədə nüfuzetmə səviyyəsinin artması gözlənilir. Proqnozlara görə, 2018-ci ilədək bu ölkədə "4K" televizorların payı 32 faiz təşkil edəcək. Sonrakı yerdə 31 faizlik göstərici ilə Böyük Britaniya qərarlaşacaq.

Tədqiqatda, həmçinin digər ölkələr üzrə proqnozlar yer alıb. Məsələn, qeyd olunur ki, 2019-cu ildə Çində ev təsərrüfatlarının 24 faizi, Rusiyada 11 faizi, Braziliyada 8 faizi, Hindistanda 2 faizi "4K" formatlı televizorlardan istifadə edəcək.

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan "4K" (Ultra HD) formatlı televizorlar 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da "Full HD" formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur.


Müəllif:

Oxşar xəbərlər