25 Dekabr 2015 16:07
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatındakı Delend şəhərində fəaliyyət göstərən zərgərlik mağazalarından birinin qeyri-adi yeni il kampaniyası ilk gündən sakinlərin marağına səbəb olub. Ölkədə silahlı zorakılığın baş alıb getdiyi bir vaxtda yeni qurulan ailələrə 12 gülləlik odlu silahın hədiyyə edilməsi sakinlər tərəfindən birmənalı qarşılanmayıb.


Silah satışının qadağan olunmadığı ABŞ-da çoxları odlu silah daşımaqla təhlükəsizliklərini təmin etdiyini düşünür. Bu səbəbdən də, zinət əşyaları mağazasında üzük alana silah hədiyyə edilməsini alqışlayanlar kifayət qədərdir.


Mağazanın rəhbəri Cessi Çerok bu cür kampaniyalarla ildən ilə müştərilərin sayını artırdıqlarına diqqət çəkib. Onun sözlərinə görə, üzük alana silah hədiyyə edildiyini öyrənənlər vaxt itirmədən bu mağazaya müraciət edir.


Qeyd edək ki, ABŞ-da təkcə bu il 50 mindən çox silahlı insident qeydə alınıb. 13 min insan odlu silahdan açılan atəşlə dünyasını dəyişib.


ATV.az


Müəllif:

Oxşar xəbərlər